"Brent" markalı neftin qiyməti son 8 ildə ilk dəfə olaraq bir barel üçün 95 ABŞ dollarını ötüb.
Bakıvaxtı.az-ın Londonun ICE birjasına istinadən xəbərinə görə, fyuçers müqaviləsinin dəyəri 4% artaraq bir barel üçün 95,33 ABŞ dolları təşkil edir.
"Brent" nefti sonuncu dəfə 2014-cü ilin oktyabrında 95 ABŞ dollarını keçib.
















