• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Tofiq Yaqublunun şikayəti təmin edilmədi

GÜNDƏM

15 Aprel 2024 | 13:54

Tofiq Yaqublunun şikayəti təmin edilmədi

Bakı Apellyasiya məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında onun barəsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu ilin aprel ayının 6-da keçirilən məhkəmə iclasında T.Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026