• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

"Trabzanspor" "Rapid"lə üz-üzə

İDMAN

08 Avqust 2024 | 11:09

Trabzanspor Rapidlə üz-üzə

Türkiyənin “Trabzonspor” komandası Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, “bordo-mavililər” səfərdə “Rapid”in (Avstriya, Vyana) qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Türkiyədə keçiriləcək.

Qeyd edək ki, “Trabzonspor” bu raundu keçərsə, pley-off mərhələsində “Braqa” (Portuqaliya) - “Servett” (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024