• Bakı 12° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

“Trampın bu addımı problemin kökünü həll etmir”

DÜNYA

25 Noyabr 2025 | 19:46

“Trampın bu addımı problemin kökünü həll etmir”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın münaqişələri dayandırmağa yönəlmiş təşəbbüslərini müsbət qiymətləndirsə də, bu addımların problemlərin kökünü aradan qaldırmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Lavrov bu fikirləri “Fransa–Rusiya Dialoqu” Assosiasiyasının yutub kanalına müsahibəsində səsləndirib.

Nazir Trampın “8 müharibəni dayandırdığını” iddia edən açıqlamasına münasibət bildirərək deyib:

“Trampı müharibələri başlatmaq əvəzinə dayandırmağa çalışdığı üçün yüksək qiymətləndiririk. Bir çox münaqişələrdə atəşkəs əldə olundu: Pakistan–Əfqanıstan, Kamboca–Tailand, Konqo Demokratik Respublikası–Ruanda arasında. Amma bunlar yalnız müvəqqəti pauza idi. Əsas səbəblər hələ də həllini tapmayıb”.

Lavrov həmçinin həmin regionlarda, eləcə də Qəzzada yenidən gərginliyin alovlandığını xatırladıb:

“Qan tökülməsinin dərhal qarşısının alınması vacibdir, amma uzunmüddətli həll üçün tələsiksiz və davamlı diplomatik təşəbbüslərə ehtiyac var”.

Ukrayna ilə bağlı ABŞ-nin  təklif etdiyi barış planı barədə Kiyevdən ziddiyyətli açıqlamaların gəldiyini deyən Lavrov əlavə edib:

“Diplomatik həllin arzuolunan olduğu qənaətindəyik, amma spekulyasiyalar barədə şərh vermək çətindir”.

Nazir Fransanın Moskva ilə münasibətlərinə dair sərt mövqe ortaya qoyaraq bildirib ki, Paris uzun müddətdir Rusiyaya qarşı dürüst davranmır. Lavrov həmçinin Böyük Britaniya və ABŞ-ı Avropanı “manipulyasiya etməkdə” ittiham edib və vurğulayıb ki, Rusiya Avropa ilə danışıqlara tələsmir./“Qafqazinfo”


SON XƏBƏRLƏR