• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

Tsilosani: Hökumət əleyhinə aksiyaların arxasında Soros fondu dayanır

DÜNYA

24 Dekabr 2024 | 14:25

Tsilosani: Hökumət əleyhinə aksiyaların arxasında Soros fondu dayanır

Gürcüstanda noyabrın 28-dən keçirilən hökumət əleyhinə aksiyaların arxasında amerikalı milyarder Corc Sorosun fondu dayanır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib.

O qeyd edib ki, “İmedi” telekanalı Tbilisidəki etiraz aksiyalarının təşkilatçıları – “Daitov” (“Yanında qal”) və “Caçvi” (“Zəncir”) təşkilatları barədə reportaj hazırlayıb.

“Reportajda amerikalı milyarder Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fondunun binasında təşkilatçılar və fəalların görüşləri keçirilir. Ofisdəki fəallara lazımi simvollar - Gürcüstan, Aİ, ABŞ bayraqları, vərəqələr və plakatlar verilir. Bundan əvvəl rəsmi Tbilisi Soros Açıq Cəmiyyət Fondunu Gürcüstana Avropa Birliyinə üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşı aparılan kampaniyada birbaşa iştirakda ittiham etmişdi”, - o deyib.

Xarici işlər naziri Maka Boçorişvili isə vurğulayıb ki, “ATƏT/DTİHB missiyası Gürcüstanda seçicilərin geniş seçim imkanları olduğunu və partiyaların təşviqat aparmaqda azad olduqlarını təsdiq edib.

Onun sözlərinə görə, ATƏT/DTİHB müşahidə missiyasının yekunu Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bütün mifləri dağıtdı.

“Seçkilərlə bağlı yaradılan və müxalifətin yeni seçki tələbinin əsaslandığı bütün mifləri darmadağın etdim, ona görə ki, artıq bu əsas yoxdur, seçkilərin nəticələri və bütövlükdə demokratik proses başqa yollarla gözdən salınır”, - Boçorişvili bildirib.


SON XƏBƏRLƏR

24 Dekabr 2024