“Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus Hövsan Aerasiya Stansiyasından tullantı suları təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə eko aktivist Cavid Qara bildirib.
O qeyd edib ki, tullantı suları Hövsan qəsəbəsində Xəzərə tökülür: “Ətraf mühitin mühafizəsi, Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması istiqamətində tədbirlər həyata keçirilməlidir. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi lazımdır”.
Hövsan Aerasiya Stansiyasından Xəzərə axıdılan tullantı sularının ifunət qoxusu ətraf əraziləri bürüyüb.
Ramid İbrahimov



















