• Bakı 6° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tunislilərə evlərini tərk etmək qadağan edildi

DÜNYA

27 Iyul 2021 | 11:11

Tunislilərə evlərini tərk etmək qadağan edildi

Tunis prezidenti Qais Said, dünən, 26 iyul tarixində, 2021-ci il 26 iyul - 27 avqust tarixləri arasında saat 19:00-dan 06:00-a qədər ölkə daxilində insanların və nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyan fərman verib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısının fərmanına açıqlama verən administrasiya gecə çalışanlar, təcili vəziyyətlər üçün istisnalar ediləcəyini bildirib.

Sənədə görə, ictimai yerlərdə və meydanlarda üç nəfərdən çox qrup şəklində toplaşmaq qadağandır. Fərmanda qüvvədə olma müddətinin respublika prezident administrasiyasının bildirişi ilə dəyişdirilə biləcəyi də vurğulanır.

Bir gün əvvəl dövlət başçısı parlament fəaliyyətinin 30 gün dayandırıldığını, bütün deputatların toxunulmazlığının ləğv edildiyini və baş nazirin istefasını elan etdi. Ordu hissələri respublikanın paytaxtına gətirildi. Etirazçılar parlamentin buraxılmasını, siyasi rejimin dəyişdirilməsini, habelə respublikada pisləşən epidemiya və sosial-iqtisadi vəziyyətdə məsul olanların mühakimə olunmasını tələb edən geniş miqyaslı nümayişlər fonunda belə qərarlar qəbul edildi. 

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026