• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib

DÜNYA

26 Avqust 2021 | 09:38

Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib

Pakistanda təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, əməliyyat Bəlucistan əyalətində gerçəkləşdirilib.

Bildirilib ki, əyalətin Loralai rayonunda ekstremistlərin düşərgəsi mühasirəyə alınıb.

Əməliyyat nəticəsində 7 terrorçu zərərsizləşdirilib, təhlükəsizlik qüvvələri əməkdaşları arasında itki qeydə alınmayıb. Böyük miqdarda silah-sursat ələ keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026