q
  • Bakı 11° C

    16.55 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

“TurAz Qartalı - 2026" təlimi BAŞLADI - FOTOLAR

CƏMİYYƏT

27 Aprel 2026 | 20:29

“TurAz Qartalı - 2026 təlimi BAŞLADI - FOTOLAR

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib.

Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub.

Qeyd edək ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.


SON XƏBƏRLƏR