• Bakı 21° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Türk olduqlarını bilən erməni görün nə etdi - VİDEO

DÜNYA

20 Oktyabr 2023 | 18:20 | Müəllif: Subhan Mahmudov

Türk olduqlarını bilən erməni görün nə etdi - VİDEO

İki türkiyəli turist erməni barbarlığının qurbanı olub.

Bakıvaxtı.az bildirir ki, hadisə sürücünün sərnişinlərindən "siz haradansınız" sualına aldığı cavabdan sonra baş verib.

Belə ki, əvvəlcə sükan arxasında olan erməni avtomobilinə əyləşənlərin hansı millətdən olduğunu bilməyib. Bir neçə dəqiqəlik dialoqdan sonra sürücü sərnişinlərini öz dilində təhqir edib. Ardınca onları mənzil başına çatdırmadan yolun kənarında maşınından endirib.

Videonu lentə alan türkiyəli turistlər isə baş verənlərdən təəccübləndiyini ifadə edib.

"Türkiyədən olduğumuzu bilən andan əsəbiləşməyə başladı... Bizi maşından endirdi. Bağırdı, bağırdı, nəsə dedi, anlamadım. Nə gözləməliydik ki?!", - deyə o bildirib.

Qeyd: videonun əvvəlində 2-3 saniyə durğunluq var./ölkə.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026