• Bakı 17° C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

"Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün hər şeyi edir" - Fidan

SİYASƏT

10 Dekabr 2023 | 11:34

Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün hər şeyi edir - Fidan

"Cənubi Qafqazda davamlı sülhə yalnız Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi bağlanmaqla nail olmaq olar".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ankara Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün əlindən gələni edir. Biz iki ölkə arasında sülh sazişini dəstəkləyirik və bunun baş tutması üçün mümkün olan hər şeyi edirik”, - deyə Fidan bildirib.

Onun sözlərinə görə, normallaşma bütün regionun maraqlarına uyğun olacaq. Üstəlik, Türkiyə hesab edir ki, Cənubi Qafqazda davamlı sülh yalnız Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi ilə əldə edilə bilər.


SON XƏBƏRLƏR

20 Sentyabr 2025