• Bakı 17° C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Londona uçan təyyarə Bakıya eniş edib

HADİSƏ

21 Sentyabr 2025 | 18:52

Londona uçan təyyarə Bakıya eniş edib

"EVA Air" aviaşirkətinə məxsus və Bankonq - London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Hava Limanının Mətbuat Xidmətindən bildirilib.

"Boeing 777" tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.


SON XƏBƏRLƏR

20 Sentyabr 2025