• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Türkiyə gözəli Acuna uduzdu

MƏDƏNİYYƏT

13 Oktyabr 2022 | 15:02 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyə gözəli Acuna uduzdu

​​​​​​Keçmiş "Miss Türkiyə" Merve Büyüksaraçla məşhur televiziya aparıcısı Acun Ilıcalı arasında məhkəmə qalmaqalı başa çatıb.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, məhkəmə keçmiş modelin təzminat ödəməsinə daiq qərar verib.

Qeyd edək ki, Büyüksaraç "Survivor"da iştirak edib yarışmadan kənarlaşdırılandan sonra "Adada o qədər də ac deyildik... Prodüser qrupu yemək verirdi" deyərək yarışmanın ədalətli olmadığını iddia etmişdi. Acun Ilıcalının vəkili də müqaviləni pozduğu əsas gətirilərək, Büyüksaraç barəsində 500 min lirə təzminat iddiası qaldırıb.

Məhkəmə Acun Ilıcalının iddiasını təmin edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026