• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Türkiyə hava məkanını Rusiyaya bağlamayacaq” - Çavuşoğlu

DÜNYA

04 Mart 2022 | 20:10 | Müəllif: Subhan Mahmudov

“Türkiyə hava məkanını Rusiyaya bağlamayacaq” - Çavuşoğlu

"Ankara hava məkanını Rusiyaya bağlamayacaq. Türkiyənin hava məkanının açıqlığı strateji və humanitar baxımdan vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Çavuşoğlu daha sonra qeyd edib ki, Ankara Moskva ilə Türkiyə vətəndaşlarının bir hissəsinin Ukraynadan Rusiya ərazisi vasitəsilə təxliyəsi məsələsini müzakirə edir.

Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.

"Şərtlər imkan verərsə, Antalyada (11-13 mart) Diplomatik Forum çərçivəsində Lavrov və Kuleba arasında görüş təşkil etməyə hazırıq", - nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026