• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Türkiyə Silahlı Qüvvələri 172 terrorçunu zərərsizləşdirib

DÜNYA

30 Yanvar 2022 | 16:10

Türkiyə Silahlı Qüvvələri 172 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri bu ilin yanvarın 1-dən 172 terrorçunu zərərsizləşdirib.

Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Onlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında məhv edilib.

Bu müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələri qırıcı və hücum PUA-larından istifadə etməklə 25 əməliyyat keçirib və çoxlu sayda terrorçu hədəfi vurulub.

2021-ci ildə isə 397 əməliyyat təşkil edilib, nəticədə 2883 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri çətin coğrafi və iqlim şəraitində terrora qarşı qətiyyətli mübarizəsini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026