• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Kilsədə QƏTL: Ata üç uşağını öldürəndən sonra…

DÜNYA

01 Mart 2022 | 14:08 | Müəllif: Qalib İbrahimoğlu

Kilsədə QƏTL: Ata üç uşağını öldürəndən sonra…

Kaliforniyada yerli kilsədə açılan atəş nəticəsində 5 nəfər həlak olub.

Bakıvaxtı.az-ın CBS telekanalına istinadən məlumatına görə, Kaliforniyanın Sakramento şəhərində kilsədə bir nəfər üçü uşaq olmaqla dörd nəfəri güllələyib və intihar edib.

Atışma nəticəsində daha bir nəfər də həlak olub.

Ölən uşaqlardan üçünün 15 yaşdan kiçik olduğu bildirilir.

Telekanal xəbər verir ki, uşaqları öldürən ata, daha sonra özünü öldürüb. Yuxarı mərtəbədə olan kilsə işçisi atəş səslərini eşidib və dərhal 911-ə zəng vurub. Polis gələnə qədər hər beş nəfər güllə yarasından yerindəcə ölüb.

Polisin məlumatına görə, atəş açan şəxsin 39 yaşı olub. Sakramentonun cinayət müdafiəçisi Allen Sawyer bildirib ki, qətlə yetirilən ailədə qeyri-sağlam mühit olub.

“Bu, boşanma ilə də bağlı ola bilər. Bəlkə də bu, məişət zorakılığı və ya uşaq istismarı ilə bağlıdır idi", - deyə CBS hüquqşünası şərh edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026