• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə vətəndaşı Azərbaycanda qəza törədib

HADİSƏ

29 Avqust 2022 | 09:25 | Müəllif: Subhan Mahmudov

Türkiyə vətəndaşı Azərbaycanda qəza törədib

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nətiəcədə avtomobil yoldan çıxaraq yol kənarındakı üzüm bağına düşüb.

Qəza zamanı Türkiyə vətəndaşı, 1989-cü il təvəllüdlü Aktepe Leven Metak xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, sürücü sükan arxasında yatıb. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026