Türkiyədə 1998-ci ildə olan 6,3 bal gücündə zəlzələ yenidən baş verə bilər.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu xəbərdarlıqla Prof. Dr. Osman Bektaş çıxış edib. Geologiya mühəndisinin bu açıqlamasından sonra diqqət Adanaya və ətraf rayonlara yönəlib.
Bektaş 1998-ci ildə Adananın Ceyhan rayonunda 6,3 bal gücündə zəlzələ yaradan fay xəttinin eyni böyüklükdə yeraltı təkana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
"Kənarlarında böyük zəlzələlər yaradan Maraş Bloku, saat əqrəbi istiqamətində fırlandı və Karataş-Osmaniye-Andırın aktiv qırılma zonasında seysmik aktivliyin artmasına səbəb oldu. Fay zonası 1998-ci il M6.3 kimi zəlzələ potensialına malikdir“, - deyə Bektaş “Twitter” hesabında paylıaşıb.
Murad Məmmədli




jpg-1690956450.webp)
%20(1)jpg-1690955756.webp)










