Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, toplantıda R.T.Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə və Misirə səfəri müzakirə olunur.
Həmçinin, F-16 qırıcı təyyarələrinin ABŞ-dən Türkiyəyə tədarükü məsələsi də gündəlikdədir.
Bundan başqa, bir sıra daxili məsələlərlə bağlı da fikir mübadiləsi aparılır.