• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyədə meşə yanğınlarının sayı KƏSKİN ARTIB

DÜNYA

19 Avqust 2024 | 12:50 | Müəllif: Əli Hüseynov

Türkiyədə meşə yanğınlarının sayı KƏSKİN ARTIB

Ötən il yanvarın 1-dən avqustun 19-dək Türkiyədə 1419 meşə yanğını baş verdiyi halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 2529-a yüksəlib.

Bakıvaxtı.az bu barədə türk mediasına istinadən xəbər verir. 

Türkiyənin müxtəlif şəhərlərində rekord temperatur səviyyəsinin yaşandığı yay mövsümündə keçən illə müqayisədə meşə yanğınlarında artım olub.

Məlumata görə Türkiyədə ötən il yanvarın 1-dən avqustun 19-dək 1419 meşə yanğını baş verdiyi halda, bu ilin eyni dövründə 2529 yanğın hadisəsi qeydə alınıb.

Həmin dövrlə müqayisədə yanan meşə sahəsi 8 min 865 hektardan 17 min 456 hektara yüksəlib.

Yanvarın 1-dən avqustun 19-dək meşə olmayan ərazilərdə keçən il 2 min 12, bu il isə 2 min 793 yanğın baş verib.

Bu ilin avqust ayında indiyədək 439 meşə yanğını baş verib. 4 gün ərzində 109-u meşə yanğınları olmaqla 247 yanğına qruplar müdaxilə edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR