• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Türkiyədə zəlzələ məscidin minarəsini uçurdu

DÜNYA

18 Aprel 2024 | 21:07

Türkiyədə zəlzələ məscidin minarəsini uçurdu

Türkiyədə baş verən zəlzələ nəticəsində məscidin minarəsi uçub.

Bakıvaxtı.az xəbər verir ki, bir çox vilayətdə hiss olunan 5,6 bal gücündə zəlzələ Tokatın Sulusaray rayonunda məscidin minarəsinin uçmasına səbəb olub.

AFAD-dan verilən açıqlamada bildirilib ki, zəlzələ Tokat, Samsun, Yozgat, Çankırı və Çorum vilayətlərində hiss olunub.

Məlumata görə, Yozqat vilayətində 2 mərtəbəli ev və Tokat vilayətinin Sulusaray rayonunda 5 tövlə zərər görüb. 

Sulusaray bələdiyyə başqanı Davud Kılıç isə rayonun Buğdaylı kəndində bəzi evlərin dağıldığını diqqətə çatdırıb.


SON XƏBƏRLƏR

01 May 2024