• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

İDMAN

19 Sentyabr 2022 | 20:09 | Müəllif: Subhan Mahmudov

Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Almaniyanın "Bavariya" klubu baş məşqçi Yulian Nagelsmanla yollarını ayıra bilər.

Bakıvaxtı.az bildirir ki, Münhen təmsilçisinin rəhbərliyi hazırda 35 yaşlı mütəxəssisi istefaya göndərmək imkanını nəzərdən keçirir.

Ölkə çempionu Nagelsmanın yerinə namizəd də tapıb. Bu, İngiltərənin "Çelsi" klubu ilə yollarını ayıran Tomas Tuxeldir.

Qeyd edək ki, "Bavariya" Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb. Komanda son 4 turda 3 heç-heçə edib və 1 məğlubiyyət alıb.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026