• Bakı 19° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Ucarda mağaza YANDI

HADİSƏ

18 Mart 2025 | 08:48

Ucarda mağaza YANDI

Ucarda mağaza yanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, rayonun Alpout kəndində ümumi sahəsi 500 m² olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd soyuducu yanıb.

Yüksək temperaturdan mağazanın qarşısında dayanan “QAZ” markalı yük avtomobilinin ön farası və güzgüsü qismən əriyib.

Mağazanın qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SON XƏBƏRLƏR

17 Mart 2025