• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ucarın 5 kəndində qanunsuz toy keçirildi

CƏMİYYƏT

05 Avqust 2021 | 09:27

Ucarın 5 kəndində qanunsuz toy keçirildi

Ucarda karantin qaydalarının pozulduğu beş toy məclisi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Bağman, Məlikballı, Təzə Şilyan, Qazıqumlaq və Xələc kəndlərində yerləşən 5 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR