• Bakı 15° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

"İnter" Erikseni ÇL üçün heyətə daxil etmədi

CƏMİYYƏT

03 Sentyabr 2021 | 21:36 | Müəllif: Subhan Mahmudov

"İnter" Erikseni ÇL üçün heyətə daxil etmədi

"İnter"in futbolçusu Kristian Eriksen Çempionlar Liqasının qrup mərhələsinin matçlarında oynamayacaq.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, danimarkalı yarımümdafiəçinin adı qrup mərhələsinin görüşləri üçün iştirak ərizəsində yer almayıb. Anaq Eriksen A Seriyasının oyunları üçün heyətdədir. 

"İnter" ÇL-də 1/8 finala çıxacağı təqdirdə, 29 yaşlı futbolçunun sözügedən turnirdə oynamaq şansı olacaq.

Qeyd edək ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən  Finlandiya ilə görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026