• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

UEFA-dan Əliyar Ağayevə TƏYİNAT

İDMAN

14 Noyabr 2023 | 13:31

UEFA-dan Əliyar Ağayevə TƏYİNAT

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Bakıvaxtı.az  Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, AVRO-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

36 yaşlı ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Qeyd edək ki, noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya - Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026