• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

UEFA “Qarabağ”ın müraciətinə rədd cavabı verdi

İDMAN

14 Sentyabr 2022 | 19:31 | Müəllif: Subhan Mahmudov

UEFA “Qarabağ”ın müraciətinə rədd cavabı verdi

Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlamayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verib.

O bildirib ki, Azərbaycan - Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavab gəlib. Qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib: "Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik".

Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026