Ukraynada müharibə başlayandan bəri əmək bazarının bir çox sahələrində kadr çatışmazlığı yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Dövlət Məşğulluq Xidmətinin (DSX) məlumatına görə, səfərbərliklə əlaqədar adətən kişilərin çalışdığı peşələr üzrə indimütəxəssis çatışmazlığı var.
Ənənəvi olaraq daha çox kişilərin işlədiyi peşələr üzrə vakant yerlər boş qalıb. Buna görə işəgötürənlər getdikcə qadınları onlar üçün xarakterik olmayan vəzifələrdə, məsələn, mədən operatoru, elektrik və ya traktor sürücüsü kimi işə götürürlər.
2023-cü ildə Dövlət Məşğulluq Xidmətində təhsil alan qadınların bir qismi qazanxana operatoru, ictimai nəqliyyatın sürücüsü, mexanizator, elektrik qaynaqçısı ixtisaslarını seçib.
Kadr çatışmazlığını aradan qaldırmaq üçün şirkətlər qadın işçilərin hazırlanmasına sərmayə qoymağa hazırlaşır.
Qeyd edək ki, əvvəllər Ukraynada ağır və zərərli iş şəraitinə görə qadınların işləməsi qadağan edilən 450-yə yaxın peşə olub.
2017-ci ildən isə etibarən peşələrin cinsinə görə bölgüsü ləğv edilib.
Günəş Mərd
















