Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin meri Konstantin Pavlovun meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Valentin Rezniçenko deyib.
“Bəli, bu, doğrudur. Sui-qəsd olub-olmaması bəlli deyil. Hadisə yerinə operativ istintaq qrupu yollanıb”, - deyə Rezniçenko bildirib.
Qeyd edək ki, evinin kənarında tapılan merin cəsədinin yanında tüfəng olub.
















