Polşa Seymi Ukraynadan olan qaçqınların respublikada qanuni qalma müddətinin uzadılması və maliyyə yardımı haqqında qanun qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, yeni qanuna əsasən2022-ci il fevralın 24-dən sonra ölkəyə gələn ukraynalıların qanuni qalma müddəti 2025-ci il martın 4-dək uzadılıb.
Bundan əlavə, Ukrayna vətəndaşları əmək bazarına, sosial müavinətlərə və səhiyyə sisteminə sərbəst giriş hüququnu özündə saxlayır.
Dəyişikliklər Aİ Şurasının ukraynalı qaçqınların müvəqqəti müdafiəsinin 2025-ci il martın 4-dək uzadılması barədə qərarından irəli gəlir.
Qeyd edək ki, hazırda Polşada qaçqın statusu olan 1,5 milyona qədər Ukrayna vətəndaşı var.
Günəş Mərd
















