• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Ukraynanın Rusiyaya hücumuna Avropadan reaksiya

DÜNYA

07 Avqust 2024 | 22:51

Ukraynanın Rusiyaya hücumuna Avropadan reaksiya

Ukrayna özünümüdafiə hüququna malikdir və Rusiya ərazisinə zərbələr endirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi Piter Stano Rusiyanın Kursk vilayətində baş verənləri şərh edərkən deyib.

Stanonun sözlərinə görə, beynəlxalq hüquq Ukraynanın özünü müdafiə etmək, xüsusən də öz ərazisində təcavüzkara zərbə endirmək üçün qanuni hüquqa malik olduğunu təmin edir:

“AB Ukraynanın Rusiyanın təcavüzünə qarşı qanuni özünümüdafiə hüququnu və onun suverenliyini və ərazi bütövlüyünü bərpa etmək səylərini tam dəstəkləməyə davam edir”.

Qeyd edək ki, Ukrayna ordusunun Kursk vilayətinin ərazisinə daxil olduğu, bir neçə kəndi nəzarətə götürdüyü və hazırda irəliləməyə davam etdiyi bildirilir.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024