• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Universitetlərdə hansı rəqəmsal təhsil platformaları tətbiq edilir? 

CƏMİYYƏT

09 Oktyabr 2021 | 11:06 | Müəllif: Subhan Mahmudov

Universitetlərdə hansı rəqəmsal təhsil platformaları tətbiq edilir?

Universitetlərin həm özəl təhsil platformaları var, həm də Təhsil Nazirliyinin rəqəmsal həllərindən istifadə edirlər. 

Məsələn,  cari ildən etibarən təhsilalanların qeydiyyatı, təhsil almaq barədə arayışların verilməsi , tələbələrin yerdəyişməsi , xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması  Təhsil Nazirliyinin rəqəmsal həlləri vasitəsilə həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz məlumat verib.

O, qeyd edib ki, ötən ildən başlayaraq universitetlər distant təhsilin təşkili üçün Microsoft Teams və ZOOM platformalarını özlərinin təhsil platformalarına inteqrasiya edərək istifadəyə başlayıblar: 

"Dövlət və özəl olmasından asılı olmayaraq hər bir universitetin özəl təhsil platforması da var. 

Bəzi universitetlərdə  mövcud olan təhsil platformalarını təqdim edirik : 

1. BDU

Cari ildən etibarən Blackboard Platforması( ABŞ) tətbiq edilməyə  başlanıb. Ötən il Microsoft-un  Teams platformasından istifadə  edilirdi 

 

2. UNEC 

EduMan Platforması (Ultra Technologies), Platforma ZOOM  sisteminə inteqrasiya edilib 

 

3. AzTU

KOİCA Platforması(Koreya ),

Hazırda yerli təhsil platformasının hazırlanması üzərində işlər aparılır 

 

4. Azərbaycan Dövlət İncəsənət Universiteti

EduMan Platforması (Ultra Technologies) 

 

5. Dövlət Dillər Universiteti

 EduMan Platforması (Ultra Technologies) 

 

6. ADNSU

UniBook Platforması(Neuron) 

 

7. Qərbi Kaspi Universiteti

 UniBook Platforması(Neuron) 

 

8. Bədən Tərbiyəsi Akademiyası

EduMan Platforması (Ultra Technologies) 

 

9. UTECA

 UniBook Platforması (Neuron) 

 

10. Azərbaycan İlahiyyat İnstitutu

  UniBook Platforması (Neuron) 

 

11. Xəzər Universiteti

  Moodle (Açıq mənbəli platforma) 

 

12. ADA

Blackboard Platforması (ABŞ) 

 

13. Gömrük Akademiyası

  Akademiyanın özününkü yoxdur,

  Teams+Zoom Platformasından istifadə edilir 

 

14.Turizm və Menecment Universiteti

EduMan Platforması (Ultra Technologies) 

 

15. Aqrar Universitet

Universitetin özününkü yoxdur,

Teams istifadə edilir 

 

16. BMU

TMS Platforması(Universitet özü hazırlayıb) 

 

17. Azərbaycan Universiteti

Universitetin özününkü yoxdur" 

 

"Hazırda bir sıra Universitetlər yeni təhsil platformaları hazırlayırlar. 

Düşünürəm ki, mövcud və hazırlanacaq bu resursların  TN –nin təhsil resurslarına inteqrasiyası ilə bağlı TN tərəfindən vahid bir tövsiyyələrin hazırlanması faydalı olardı" - O.Gündüz əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR