• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR

DÜNYA

21 Fevral 2024 | 21:50

Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR

Çinin "YuWa" Demoqrafik Tədqiqat İnstitutu uşaq böyütmə xərclərinin yüksək olduğu ölkələrlə bağlı araşdırma dərc edib.

Bakıvaxtı.az bildirir ki, tədqiqatın müəllifləri uşağın doğulmasından 18 yaşına qədər müxtəlif ölkələrdə valideynlərin orta xərclərini hesablayıb və bu məbləğləri ölkədə adambaşına düşən ÜDM ilə müqayisə ediblər.

Məlumata görə, Cənubi Koreya tədqiq edilən 14 ölkə arasında birinci yerdə qərarlaşıb. Belə ki, bu ölkədə 18 il ərzində uşağın böyüdülməsi xərcləri adambaşına düşən ÜDM-dən 7,8 dəfə çoxdur.

Xərclər Çin və İtaliyada adambaşına düşən ÜDM-dən 6,3 dəfə, Böyük Britaniyada isə 5,3 dəfə yüksəkdir.

Əksər ölkələrdə bu nisbət aşağıdır. Məsələn, ABŞ-da 4,1 dəfə, Almaniyada 3,6 dəfə, İsveçdə 2,9 dəfə, Avstraliyada 2,1 dəfə./musavat.cm


SON XƏBƏRLƏR

26 Iyul 2024