• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

VAR-a etiraz edib, hakimlikdən getdi

İDMAN

03 Noyabr 2023 | 17:18 | Müəllif: Qalib İbrahimoğlu

VAR-a etiraz edib, hakimlikdən getdi

Futbol matçında yan xətt hakimi hakimliyi tərk edib.

Bakıvaxtı.az xəbər varir ki, bu olay "Fənərbağça"-"Hatayspor" matçında yaşanıb. Belə ki, yan xətt hakimi Kamal Yılmaz hakimliyi tərk etdiyini açıqlayıb.

Məlumata görə, "Fənərbağça"nın "Hatayspor"a penaltidən qalibiyyəti VAR xəbərdarlığı ilə ləğv edilib. Buna etiraz edən Kamal Yılmaz hakimlikdən gedib.

27 ildir hakim kimi fəaliyyət göstərdiyini deyən K.Yılmaz bildirib ki, hakimə görə bilmədiyi vəziyyətdə penalti yardımı/xəbərdarlığı edib və hakim bunu müsbət qiymətləndirərək, 11 metrlik təyin edib. Ancaq VAR qərarı ilə penaltinin ləğv edilməsi onda verdikləri qərarın Mərkəzi Hakimlər Şurası tərəfindən “səhv” kimi qiymətləndirilməsi təəssüratı yaradıb.

“Bu davranış bütün hakim cəmiyyətinin bildiyi bir həqiqətdir. Həyata keçirilən təcrübəni təkcə mənə qarşı ədalətsizlik və hakim təyinat meyarlarına uyğunsuzluq, ziddiyyət kimi deyil, həm də reqlament çərçivəsində bütün hakimlərin meydanda azad, qərəzsiz və ədalətli qərar vermə proseslərinin qarşısını alan və ya çətinləşdirən bir yanaşma kimi qiymətləndirirəm” deyən Kamal Yılmaz qeyd etdiyi səbəblərə görə 27 ildir böyük sevgi, zəhmət və həvəslə davam etdirdiyi aktiv hakimlik karyerama bu gün son qoyduğunu bəyan edib.

Murad Məmmədli


VAR-a etiraz edib, hakimlikdən getdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026