• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Vasif Manaf olan efirə dəvət alsa da, gəlmədi - SƏBƏB

MƏDƏNİYYƏT

29 Aprel 2022 | 12:16 | Müəllif: Subhan Mahmudov

Vasif Manaf olan efirə dəvət alsa da, gəlmədi - SƏBƏB

Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevin ad günü münasibətilə olan proqrama qatılmaqdan imtina edib. 

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, hadisə "Həmin Zaur" verilişində yaşanıb. Aparıcı Zaur Kamal bildirib ki, Məhərrəmlini proqrama Manafı təbrik etməyə dəvət etsələr də, gəlməyib. 

"Anlaşılmazlıq olmuşdu. İndi hər şey gözəldi. Heç bir problemimiz yoxdur. Niyə gəlmədiyini soruşacam. Gözəl münasibətimiz var. İnciklik var idi, amma bu qədər yox. İnciklik bundan sonra olacaq" deyə, Manaf söyləyib. 

Qeyd edək ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub. İfaçı martın 5-də azadlığa çıxıb. 

Həbsxanadan çıxdıqdan sonra sənətçi bir çox dostları ilə münasibətini bitirdiyini, incidiyini söyləyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026