• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vasif Talıbovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

SİYASƏT

07 May 2022 | 13:04 | Müəllif: Subhan Mahmudov

Vasif Talıbovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

"Hazırda Azərbaycan regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə öz mövqeyini bildirir və mənafelərini qoruyur. Uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin nüfuzlu beynəlxalq təşkilatlarının diqqətini Azərbaycana yönəldir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfər Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir: "Bu qələbənin ən böyük diplomatik nəticələrindən biri isə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə quru əlaqələrinin yaradılması üçün regionda kommunikasiyaların açılması olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026