• Bakı 25° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Vəkili Rəqsanə ilə görüşdü: "Səhhətində narahatlıq var" 

CƏMİYYƏT

19 Avqust 2025 | 18:00

Vəkili Rəqsanə ilə görüşdü: Səhhətində narahatlıq var 

"Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib:

"Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xəstəliklərin sənədlərini xahiş etmişəm mənə versinlər ki, onları məhkəməyə təqdim edim".

Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR