• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

VHP rəsmisi: "Bələdiyyə seçkilərində iştirak edənlər..." - AÇIQLAMA

SİYASƏT

06 Dekabr 2024 | 16:12 | Müəllif: Əli Hüseynov

VHP rəsmisi: "Bələdiyyə seçkilərində iştirak edənlər..." - AÇIQLAMA

"Ölkəmizdə keçirilən seçki prosesində iştirak edəcəyik. Hazırlıqlarımızı davam etdiririk. Düşünürük ki, uğurlu olmaq ehtimalımız çoxdur. Hazırda rayonlardan namizədliyini irəli sürəcək şəxslərin sənədlərini qəbul edirik. Sənədlərimizi Mərkəzi Seçki Komissiyasına təqdim etmişik".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

S.Əsədli diqqətə çatdırıb ki, partiyalarının seçkilərdə iştirak edəcək namizədləri arasında qadınlar və gənclər böyük çoxluq təşkil edir: 

"Biz gənclərə üstünlük verməyə çalışırıq. Partiyamızın üzvü olan qadın namizədlər də bələdiyyə sədri olmaqda iddialıdırlar. Biz istəyirik ki, bu gün bələdiyyə seçkilərində namizəd olan gənclər ölkəmizdə keçiriləcək parlament seçkilərinə tam hazır olsunlar. Ona görə belə bir addım atmaq bizim üçün müsbət haldır".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR