• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Volkov Moskvadan əmr gözləyir - Politoloq

SİYASƏT

12 Dekabr 2022 | 16:39

Volkov Moskvadan əmr gözləyir - Politoloq

“Bizə mane olan Rusiya prezidenti Vladimir Putindir. O, Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, general Volkov əmr quludur: "O bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı vətəndaş fəallarına qarşı hansı tədbirlər görsün və ya görməsin".

Politoliqa görə, Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir.

"Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib, bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar. Bizi gərgin illər gözləyir”, - deyə politoloq əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR