Gəncədə bazarda 37 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bakıvaxtı.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Vüsal Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, ötən gün Gəncə şəhər ərazisində yerləşən bazarların birində mübahisə zəminində 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Araşdırmalar davam etdirilir.





jpg-1727270389.webp)


jpg-1727262270.webp)





jpg-1727251279.webp)

