• Bakı 10° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“WhatsApp” “statusu"na görə qardaş bacısını bıçaqladı

HADİSƏ

18 Oktyabr 2022 | 01:10 | Müəllif: Qalib İbrahimoğlu

“WhatsApp” “statusu"na görə qardaş bacısını bıçaqladı

Bakının Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə "Komsomol dairəsi" kimi tanınan ərazidə baş verib.

Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb.

Ş.Əhmədovanın qardaşı bıçaqla onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Əri mübahisənin qarşısını almaq istəyərkən Ş.Əhmədovanın qardaşı bildirib ki, o “WhatsApp” “status”unda (hekayə bölməsi) paylaşım etdiyinə görə bu əməli törədib.

Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hələlik statusunun nədən ibarət olduğu bilinmir.

Faktla bağlı araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR