• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xaçatryan ailəsinə mesaj göndərmək istəmədi

CƏMİYYƏT

31 Iyul 2023 | 20:10 | Müəllif: Subhan Mahmudov

Xaçatryan ailəsinə mesaj göndərmək istəmədi

Laçın yolunda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan müharibə cinayətkarı, separatçı–terrorçu Vaqif Xaçatryan ailəsinə mesaj göndərmək istəməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan deyib.

“Mənə BQXK-nin İrəvandakı ofisində daha əvvəl baş tutan görüşdə məlumat verilib ki, atam bizə mesaj göndərmək istəməyib”, - o bildirib.

Qeyd edək ki, Xocalının Meşəli kəndində azərbaycanlıları qətlə yetirən Xaçatryana qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət açılmış və o, axtarışa verilmişdi. İyulun 29-da isə BQXK-nin vasitəçiliyi ilə xəstə adı altında İrəvana getmək istəyən Xaçatryan yaxalanaraq Bakıya gətirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026