İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu vəzifə i Xamis Seyranova həvalə olunub.
Bildirilib ki, o, "Yüksəliş" müsabiqəsinin qalibidir.
X.Seyranov 1984-cü ildə anadan olub, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura, İsveçin Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb.
















