• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xankəndidə rus sülhməramlılarının 9 may tədbirinə etiraz

GÜNDƏM

07 May 2021 | 16:52

Xankəndidə rus sülhməramlılarının 9 may tədbirinə etiraz

“Azərbaycan ərazisində yerləşən Rusiya sülhməramlılarının keçirdiyi tədbirlərdə Azərbaycanın iştirakı olmadan keçirilməsini doğru hesab etmirəm”.

Bunu Bakivaxti.az-a açıqlamasında hərbi eskpert Ədalət Verdiyev bildirib.

Hərbi ekspert qeyd edib ki, mayın 9-da Xankəndində Rusiya sülhməramlılarının keçirdiyi tədbir Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilə bilər: “Azərbaycanın iştirakı mümkün deyilsə, Rusiya sülhməramlıları tədbirlərini Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazasında keçirə bilər. Xankəndində tədbirlər mütləq bizim iştirakımızla keçirilməlidir”.

Ramid İbrahimov

Bakivaxti.az  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026