• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xaricə turist axını ARTDI

CƏMİYYƏT

25 Oktyabr 2023 | 12:44

Xaricə turist axını ARTDI

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % artaraq 1 milyon 384,8 min nəfər olub.

Bakıvaxtı.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 49,5 %, Gürcüstana gedənlərin sayı 31,7 %, Türkiyəyə gedənlərin sayı 17,5 % artıb, İrana gedənlərin sayı 17 % azalıb. Ölkə vətəndaşlarının 44,6 %-i Türkiyəyə, 21,2 %-i Rusiyaya, 9 %-i Gürcüstana, 7,4 %-i İrana, 17,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 65 %-ni kişilər, 35 %-ni qadınlar təşkil edib.

9 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6 %-i hava, 28,9 %-i dəmir yolu və avtomobil, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026