• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məsim Məmmədovdan ÇAĞIRIŞ: Laçında iş yerləri açılsın

CƏMİYYƏT

24 Noyabr 2023 | 12:40

Məsim Məmmədovdan ÇAĞIRIŞ: Laçında iş yerləri açılsın

Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özəl sektora çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu: peşə bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirib.

Xüsusi nümayəndə deyib ki, Laçın biznes üçün açıqdır:

"Özəl sektoru Laçında iş yerlərinin açılmasında fəal olmağa çağırıram. Çünki insanların məşğulluq məsələsi dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində daha asan həll olunur. Biz buna uzunmüddətli sosial proqram kimi baxırıq. Nə qədər məhsuldar əməkdaşlıq olsa, bir o qədər tez insanların məşğulluq problemi tez həll oluna bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026