• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Erkən xərçəng: İllər öncədən diaqnoz qoyulacaq

CƏMİYYƏT

01 Aprel 2024 | 12:59

Erkən xərçəng: İllər öncədən diaqnoz qoyulacaq

İngilis alimlər hüceyrələrdə şişə çevrilməmişdən illər əvvəl baş verən dəyişiklikləri aşkar etmək üçün işə başlayıblar.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, bu yaxınlarda anonim donordan 11 milyon funt sterlinq ianə alan "Erkən xərçəng" adlı institut simptomlar görünməzdən əvvəl şişlərlə mübarizə yollarının tapılmasına diqqət yetirir.

Tədqiqatçılar qeyd edirlər ki, xərçəng xəstələrdə özünü büruzə verməzdən əvvəl bəzən 10, hətta 20 il bədəndə yaşaya bilər.

İnstitutun prezidenti professor Rebecca Fitzgerald bildirib ki, hazırda bir çox xərçəng gec aşkar edildiyindən, daha bahalı dərmanlardan istifadə etmək məcburiyyətində qalırıq. Onun sözlərinə görə, məsələyə başqa prizmadan baxılmalıdır.

İnstitutun hazırladığı üsullardan biri süngərə bənzər həb sayəsində yalnız qida borusu xərçəngindən əvvəl hüceyrələrdə olan zülalın aşkar edilməsini hədəfləyir. Bundan əlavə, planlardan biri şişlərə genetik meylli insanların müəyyən edilməsidir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026