• Bakı 20° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

XİN: Azərbaycan TDT çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə sadiqdir

SİYASƏT

03 Oktyabr 2025 | 15:42

XİN: Azərbaycan TDT çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə sadiqdir

Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə sadiqdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə "X" hesabındakı postunda qeyd olunub.

"3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə qardaş türk dövlətlərini səmimi qəlbdən təbrik edirik. Təşkilatımızın təməlinin qoyulduğu Naxçıvan Sazişinin imzalandığı bu əlamətdar gün, ortaq tarix, dil və mədəniyyətə əsaslanan Türk dünyasının həmrəyliyinin və birliyinin təntənəsidir. Azərbaycan qardaş ölkələrlə birgə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə və ortaq gələcəyimizin qurulmasına sadiqdir. Türk birliyi – güc, sabitlik və rifah mənbəyidir!" - paylaşımda vurğulanıb.


SON XƏBƏRLƏR