• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

XİN-dən səfirliyə terror hücumu ilə bağlı yeni AÇIQLAMA

SİYASƏT

27 Yanvar 2023 | 17:34

XİN-dən səfirliyə terror hücumu ilə bağlı yeni AÇIQLAMA

“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən xain terror aktını qətiyyətlə pisləyirik”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

“Biz bu qanlı aktı törədənlərin aşkar edilərək ən ağır şəkildə cəzalandırılmasını tələb edirik. Şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik”, - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026