• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xocalıda mina partlayışı ilə bağlı birgə rəsmi açıqlama yayıldı

HADİSƏ

21 Fevral 2025 | 21:25 | Müəllif: Subhan Mahmudov

Xocalıda mina partlayışı ilə bağlı birgə rəsmi açıqlama yayıldı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü Nağı Novruz oğlu İmanov minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Nağı İmanov ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR